Bu şəxs "İnstagram"da hesabına pul ödəməyənləri rüsvay edir - Kişilər EHTİYATLI OLUN! (FOTO)

Baxış sayı:
3088

Azərbaycanda sosial şəbəkə vasitəsilə kişilərə onların rüsvayedici məlumatlarını yayacağını deyib, pul tələb edən şəxs peyda olub.
"İnstagram"da yusubova_lalee adı ilə kişilərlə tanış olan həmin şəxs, sonradan onlardan pul istəyir. Dələduzluqla məşğul olan sözügedən profilin sahibi yazdığı istifadəçilərdən borcu olduğu üçün işıqlarının kəsildiyini bildirərək, göndərdiyi hesab nömrəsinə pul yüklənməsini xahiş edir. Pul ödəməyəcəyi təqdirdə isə həmin istifadəçi onların fotolarını paylaşaraq, haqqlarında təhqir və yaxud rüsvayedici məlumatlar qeyd edir./Unikal.org/