Bunun davamı üçün əlimizdən gələni edəcəyik - Merkel
27-10-2018 23:57
Baxış sayı:
5128

İdlibdə atəşkəsin davam etməsi üçün əlimizdən gələni etməyə hazırıq.
Muxalifet.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel İstanbulda Suriya ilə bağlı zirvə toplantısından dərhal sonra keçirilən mətbuat konfransında çıxış edərkən deyib. O, suriyalıların ölkəsinə qayıda bilməsi üçün siyasi həllin vacibliyini vurğulayıb:
“Sadəcə hərbi deyil, siyasi həll yolu da tapılmalıdır. Fərqli yanaşmamız olsa da, razılığa gələrək bəyannamə yayımladıq”.