Camal Qaşıqçı cinayətində 5 çamadan sirr

2 oktyabrda jurnalist Camal Qaşıqçını Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğu binasında qətlə yetirən Səudiyyəli vəzifəlilərin, mərhumun parçalanmış cəsədini Baş Konsulluğun iqamətgahında saxladığına işarə edən kritik tapıntılar əldə edilib.
Məlumatlara görə, eynilə Qaşıqçı-nın 2 oktyabrda saat 13:14-də canlı olaraq girdiyi binadan çıxmaması kimi, eyni gün saat 15:10 radələrində Baş Konsulluq iqamətgahına daxil olan beş ayrı çamadan da o binadan bir daha çıxmayıb. Səudiyyə Ərəbistanının 16 oktyabrda apar topar ölkəsinə qayıdan İstanbul baş konsulu Məhəmməd əl Uteybinin evinə gətirilən bu beş çamadanın giriş görüntülərinin olduğu, ancaq çıxış görüntülərinin olmadığı müəyyənləşib. Beş ayrı çamadanın iqamətgahda “buxarlanması”, cəsədin bədən bütövlüyü pozulmuş halda mənzilin altındakı quyuda olduğu yönündəki məlumatları dəstəkləyib. Cəsədi axtarış üçün gətirilən itin iqamətgahda bir şkafın yanına gəldikdə həddən artıq reaksiya verməsi, cəsədin və ya bir hissəsinin burada bir müddət tutulduğu ehtimalını gücləndirib. Bundan başqa, Baş Konsulluğa girərkən görüntüləri olan bu beş çamadanın 15 nəfərlik sui qəsd qrupunun Səudiyyə Ərəbistandan gətirdiyi səyahət çamadanları arasında yer almaması da meyidin bu çamadanlarla daşındığı tezisini gücləndirib. Çamadanların iqamətgaha aparılması işi vəliəhd şahzadə Məhəmməd bin Salmanın yaxın adamı kəşfiyyat generalı Mahər Abdulaziz Mutreb tərəfindən həyata keçirilib.
ROBOTLAR QAŞIQÇINI ARADI
Qaşıqçı-nın cəsədinin quyuya atıldığı istiqamətində iddialardan sonra, araşdırma qrupu dünən axşam konsulluq ətrafındakı kanalizasiyalarda görüntüləmə robotları ilə axtarış aparıb.
Müxalifət.az