Camalın nişanlısı Trampın dəvətini qəbul etmədi
27-10-2018 12:53
Baxış sayı:
4669

İstanbulda qətlə yetirilən jurnalist Camal Kaşoqinin nişanlısı Xədicə Çingiz ABŞ prezidenti Donald Trampın Ağ evə gəlməsi barədə təklifini qəbul etməyib.
"Reuters" agentliyinin yaydığı məlumata görə, Xədicə Çingiz bu addımı cəmiyyətin mövqeyinə təsir etməmək və Donald Trampa qarşı müsbət ictimai rəy formalaşdırmamaq məqsədi ilə atdığını bildirib.
Onun sözlərinə görə, ABŞ Kaşoqinin qətli ilə bağlı təhqiqatın ədalətli nəticələrinə nail olmaq üçün bütün səylərini ortaya qoymayana qədər Ağ evi ziyarət etməyəcək.