Corc Sorosun oğlu Trampı ittiham etdi

Baxış sayı:
2185

Yəhudi əsilli maliyyəçi Corc Sorosun oğlu, atası və keçmiş ABŞ prezidentlərinə göndərilən bombalara görə Donald Trampı günahlandırıb.
 
“New-York Times” qəzetində yazdığı məqalədə, Barak Obamanın, Klinton cütlüyünün və atası Corc Sorosun evində tapılan partlayıcı cihazların oxşarlığına toxunaraq, bu bombalardan Trampı məsul tutub. Atasının liberal siyasi kursunun, Yəhudi kimliyinə görə çəkdiyi sıxıntıların verdiyi yetkinliklə yarandığını deyən Soros, Trampın prezident kürsüsündə oturana qədər Yəhudi olaraq böyük çətinliklər çəkdiklərini, lakin bu çətinliklərin Trampın başçılığı ilə birlikdə daha da artdığını iddia edib. Soros, qələmə aldığı yazısında, bu həftənin əvvəlindən bəri Demokrat şəxsiyyəti ilə tanınan və aralarında atasının da olduğu əhəmiyyətli şəxslərə edilən hücumların, Trampın hakimiyyətə gəlməsi ilə başlayan, artıq şeytanı bir hal alan siyasətdən qaynaqlandığını ifadə edb. Məqaləsinin sonunda ABŞ-da keçiriləcək yerli seçkilərdə siyasətin bu adamlardan təmizlənməsi lazım olduğuna toxunan Aleksandr Soros, "Tramp kimilər böyük zərbəyə məruz qalan bugünkü demokratiyanın ən böyük səbəbkarıdır. Bizə düşən siyasəti bu mentalitetdən təmizləməyin yollarını axtarmaqdır" deyib.
Müxalifət.az