Düşmən alayının 3-cü taborunun şəxsi heyəti döyüş mövqelərindən qaçdı
5-10-2020 18:11
Baxış sayı:
1648

Ermənistan silahlı qüvvələrinin Hadrutda yerləşən 1-ci motoatıcı alayının müdafiə sahəsində silah-sursat, ərzaq və yanacaq çatışmazlığı yaranıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Alayın 3-cü taborunun şəxsi heyətin döyüş mövqelərini özbaşına tərk edərək qaçıb.
Eyni zamanda hərbi hissənin sürücüləri də döyüş və avtomobil texnikalarını ataraq döyüş zonasından qaçıb.