​Erməni nazirlə görüş nəzərdə tutulub - Məmmədyarov

Baxış sayı:
2488

ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfərə gələcəklər.
Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
O, qeyd edib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ilin sonuna qədər daha bir görüşünün keçirilməsi nəzərdə tutulub.
"Görüşün tarixi və yeri barədə dəqiq məlumat yoxdur. Həmsədrlərin regiona səfəri zamanı bu barədə müzakirə aparılacaq".