Ermənistanda baş nazir postuna seçkilərin nəticələri AÇIQLANDI - YENİLƏNDİ

Ermənistan parlamenti xüsusi iclasında baş naziri seçə bilməyib.
Muxalifet.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, deputatlardan heç kim baş nazir postuna yeganə namizəd Nikol Paşinyanın lehinə səs verməyib.
Bir deputat onun namizədliyinin əleyhinə çıxıb, 11 deputat isə bitərəf qalıb. Baş nazirin seçilməsi üçün 53 səs lazım idi. Növbəti cəhd bir həftə sonra olacaq.
***
Ermənistanda baş nazirin seçilməsi üzrə parlament iclası keçirilir.
Muxalifet.az “news.am” saytına istinadən xəbər verir ki, “Çıxış” blokunun parlament fraksiyası baş nazir vəzifəsinə öz namizədini irəli sürmüş tək siyasi gücdür.
Bu vəzifəyə baş nazir vəzifələrinin müvəqqəti icraçısı Nikol Paşinyan iddia edir. Bununla belə, o, növbədənkənar parlament seçkilərini keçirilməsinə nail olmaq üçün bu vəzifəyə seçilməyi arzulamır.
Qeyd edək ki, Nikol Paşinyan oktyabrın 16-da baş nazir vəzifəsindən istefa verib. Ötən gün “Çıxış” bloku onun namizədliyini baş nazirliyə təqdim edib. Qanunvericiliyə görə, baş nazirin istefasından sonra hər biri 7+1 gün olmaqla, iki dəfə yeni baş nazir seçilməzsə, parlament seçkisi elan edilməlidir.