Əfqanıstanda Parlamentin Aşağı Palatasına seçkilər başladı
20-10-2018 10:33
Baxış sayı:
5224

Bu gün Əfqanıstanda Milli Palataya (Aşağı Palata) seçkilər başlayıb.
Ölkədə bu seçkilər yüksək təhlükəsizlik tədbirlərinin təşkil edilməsi fonunda keçirilir.
Yerli vaxtla saat 07:00-da respublikanın 34 vilayətinin 32-də seçki məntəqələri açılıb. Kandaqar və Qaznı regionlarında isə təhlükəsizlik baxımından seçkilər təxirə salınıb.
Əfqanıstan Müstəqil Seçki Komissiyasının hazırladığı seçici siyahısına 8,8 milyon seçici daxil edilib. Seçkilərdə 249 yer üçün 2,7 min namizəd mübarizə aparır. (trend)