Fransa prezidenti Kral Salmanı sanksiya ilə hədələyib
25-10-2018 10:57
Baxış sayı:
2374

Fransa prezidenti Emmanuel Makronun Səudiyyə Ərəbistanı kralı Salman bin Abdulaziz ilə apardığı telefon danışığında jurnalist Camal Qaşıqçı-nın ölümünün aydınlığa qovuşdurulmasını tələb etdiyi bildirilib.
Açıqlamada, iki liderin, jurnalist Qaşıqçı-nın ölümünə dair araşdırmanı müzakirə etdiyi bildirilərək Makronun, bu cinayət qarşısında dərin qəzəbini dilə gətirdiyi və bu faciəyə səbəb olan şərtlərin ortaya çıxarılmasını kral Salmandan tələb etdiyi qeyd edilib.
Fransa sanksiya tətbiq etməkdə tərəddüd etməyəcək
Makron, kral Salmana ölkəsi üçün söz, mətbuat və dövlət azadlığının əhəmiyyətini dilə gətirdiyini və Fransanın tərəfdaşları ilə günahkarlar haqqında beynəlxalq sanksiyaları tətbiq etməkdə tərəddüd etməyəcəyini bildirib.
Müxalifət.az