“Fətullah Gülən dərhal Türkiyəyə təhvil verilməlidir” – Trampın keçmiş müşaviri

Baxış sayı:
2206

ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri J. D. Qordon, “FETÖ başçısı Gülən, həm Türkiyə, həm də ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradır, dərhal Türkiyəyə təhvil verilməlidir” deyib.
 
Qeyd edək ki, Qordon, 2016-da ABŞ-ın “The Hil” qəzeti üçün qələmə aldığı məqaləsində, Fətullah Gülənin Türkiyəyə ekstradisiya edilməsini və etdiklərinin bədəlini Ankarada ödəməsi lazım olduğunu yazmışdı.
Qordon bu məqaləsində Gülən haqqında Türkiyədə bir çox müxtəlif cinayətlərdən dolayı yaxalama qərarı çıxardığını xatırladaraq, NATO müttəfiqi Türkiyəni təhdid edən bir quruma sahib çıxılmasının lazım olmadığını qeyd etmişdi.
Müxalifət.az