Fətullahçı prokurorun əmisinin evindən 100 kq qızıl çıxdı

Baxış sayı:
2602

Türkiyənin “Akşam” qəzeti prezident R.T.Ərdoğanın “Ispartada FƏTÖ imamlarından 100 kq qızıl, 5 milyon dollar pul tapıldı” sözləri ilə gündəmə gətirdiyi araşdırmanın detallarından yazıb.
Bu sərvət 25 dekabr – qondarma FƏTÖ ittihamlarının fərari prokuroru Muammer Akkaşın qızıl taciri əmisindən tapılıb. Akkaşın əmisi zərgər Faruk Akkaşın həyat yoldaşı və qardaşının saxta sənədlərlə kirayələdikləri kassalarda aparılan araşdırma xəzinə aşkara çıxarıb. Ispartada FƏTÖ-nün Altınbaşak təhsil müəssisələrinin direktorlar şurasının sədri olan Faruk Akkaş FƏTÖ terror təşkilatına məxsus pullarla qızıl ticarətinə başlayıb. 15 iyul çevriliş cəhdindən sonra qaçan Akkaş sərvəti əvvəlcə evində, sonra isə qayınanasının adına Ziraat Bankında kirayələdiyi kassada saxlayıb. Gizli kassanı aşkar edən polis içərisindəki sərvəti ələ keçirib.
 
20 şirkətə Asiya Bankından kredit
 
Maliyyə cinayətlərini araşdırma təşkilatının 2014-ci il hesabatında xaricdəki 20 FƏTÖ təşkilatının Asiya Bankından kredit götürdükləri bəlli olub.
 
Prokurorun əmisindən tapılan xəzinə
 
Çox sayda burma bilərzik, 16 mirvari boyunbağı, 14 əyarlı üzük, 630 qr komplekt, 215 külçə qızıl, 18 külçə qızıl, 1065 qr qaşlı üzük, 109 qr 14 əyarlı brilyant, 4566 qr. komplekt, 1820 qr 22 əyarlı bilərzik, 312 qram Trabzon burma bilərsiz, 600 çərək qızıl, 22 ədəd 50-lik qızıl, 28 əyar qızıl, 14 bazubənd, 638 qr alyans, 8 reşat qızılı, Faruk Akkaşın adına yzılmış 50 min lirəlik onlarla çek.
 
Hurriyyet.org