Həbibdən futbolçu “Muhəmməd Salah” açıqlaması

Baxış sayı:
5515

Conor Makgregor qarşısında aldığı qələbəylə adını bir daha dünyaya çatdıran Həbib Nurmagomedov, verdiyi müsahibəsində futbol dünyasından Məhəmməd Saleh ilə bağlı açıqlama verib.
 
Liverpulun müsəlman oyunçusu Məhəmməd Salahdan tərif dolu sözlərlə bəhs edən Həbib Nurmagomedov, Misirli futbol ulduzuna heyran olduğunu deyib.
Nurmagomedov, Salah kimi insanlara dünyanın ehtiyacı olduğunu söyləyərkən, “Salah ilə tanış olmamışam, amma onu yaxından izləyirəm. Çox yaxşı bir futbolçudur. Bizim mədəniyyətimizi, mənəviyyatımızı dünyaya çatdırmaq üçün onun kimi bir çox insana ehtiyacımız var. Sıfırdan bu günlərə gəlib, çünki həmişə intizamlı və əxlaqlıdır. Allah bizimlədir, mən belə hiss edirəm. Yeni nəsilin Muhəmməd Salahdan öyrənəcəyi çox şey var. O gerçək bir idealdır. Ona heyranam” deyə bildirib.
Müxalifət.az