İndoneziyada sərnişin təyyarəsi dənizə düşdü
29-10-2018 07:50
Baxış sayı:
4132

İndoneziyada 188 sərnişinin olduğu təyyarə dənizə düşüb.
Jakarta-Pangkalpinang uçuşunu yerinə yetirərkən Boeing 737 Max 8 tipli 200 sərnişin tutumlu, JT 610 nömrəli təyyarə qəzaya uğrayaraq dənizə düşüb. Dənizə düşən təyyarənin havaya qalxmasından 13 dəqiqə sonra uçuş mərkəzi ilə əlaqəsinin kəsildiyi bildirilib. Təyyarədə olan dəqiq sərnişin sayı hələ bildirlməsə də, qəza zamanı ölənlərin olub olmaması haqda da məlumat verilmir.
Müxalifət.az