“İngiltərə ruhunu Səudiyyəyə satıb” – “Guardian”-dan sərt yazı

Britaniyada dərc olunan “Guardian” qəzetinin müəlliflərindən olan Ouen Cons, "İngiltərə ruhunu Səudiyyə xanədanına satdı. Təəssüflər olsun" başlıqlı bir məqalə qələmə alıb.
İngiltərənin dünyanın ən iyrənc diktaturasından biri ilə mənfəətpərəst münasibətinin axır ki, ictimaiyyətdə müzakirə edilməyə başlandığını qeyd edən Ouen Cons, buna Yəməndə dünyanın ən böyük humanitar böhranlarından birinə çevrilən müharibə deyil, jurnalist Camal Qaşıqçı cinayətinin yol açdığını bildirib.
Fəqət bu mübahisələrin çox davam etməsini gözləməyin, İngilis müəssisə nizami ilə Səudiyyə tiranlığı bir-birinə dolanmışdır" deyən Cons, yazısına belə davam edib:
“İdarə edici elitamız müxaliflərin başını kəsən, terror ixrac edən və Yəməndə uşaqları qətlə yetirən bu rejim arasındakı bağları kəsmək üçün artıqlaması ilə karlıdır.
Siyasilərimizə baxın. Toni Bleyer baş nazirliyi dövründə bir Səudiyyə silah müqaviləsini ehtiva edən nəhəng bir korrupsiya araşdırması üçün prokurorluğa təzyiq göstərdi. Səudiyyə liderliyində Yəməndə aparılan qətliam başladığından bu yana İngilis hökuməti Ər-Riyadla 4,7 milyard sterlinqlik silah müqaviləsi imzalayıb. İngilis hərbi müşavirləri Səudiyyə müharibə otaqlarında çalışdı. Almaniya Səudiyyə Ərəbistanına silah ixracını qadağan etsə də, İngiltərənin Almaniyanın yolundan getməsi mümkün deyil.
Səudiyyə rejimi İngilis millət vəkillərinə yüz minlərlə funt-sterlinq ötürür. Çoxu Mühafizəkar, bəziləri də İşçi Partiyalı vəkillərdir. Bu il aprel ayında keçirilən bir səfərdən sonra İşçi Partiyalı Pol Williams, “Müasir və mütərəqqi bir Səudiyyə Ərəbistanı gördüm, bu ölkə haqqındakı fikirlərim tamamilə dəyişdi” - demişdi. Ona vəsait köçürən Səudiyyə çox məmnun olmuşdur: Məhəmməd bin Salman dövründə baş kəsmə cəzaları iki qatına çıxdı, qadın hüquqları aktivistləri və müxaliflər həbs olundu və yüz minlərlə Yəmənli qətlə yetirildi. İslahatlara dair saxta görüntü yaratmaq üçün İngilis vəkilləri gəzdirmək səmərəli investisiyadır.
İqtisadi bağlar da var. Boris Jonhson xarici işlər naziri ikən, qarşıdakı 10 ildə maliyyədən təhsilə, müdafiədən səhiyyəyə qədər müxtəlif sahələrə 65 milyard sterlinq Səudiyyə sərmayəsi çəkəcəklərini açıqlamışdı. London Birjasında xarici dövlət şirkətlərinin premium kateqoriyada yer almasını əngəlləyən tənzimləmə də bu dövrdə qaldırıldı. Mənbələr, bunun Səudiyyə neft şirkəti Aramco üçün edildiyini söyləyir. İngiltərə qaydalarını bir diktatura üçün dəyişir. Maliyyə sektorunu seçim edərək istehsal sektorunu bir kənara atmağın nəticəsində yaranan nəhəng cari açıq, Körfəzdən gələn neft dollarları ilə maliyyələşdirilir."
Müxalifət.az