​İnquşetiya Çeçenistanla imzalanan müqavilədən İMTİNA ETDİ

Baxış sayı:
9379

Rusiyanın federal subyektləri sayılan İnquşetiya və Çeçenistan arasında ərazi mübahisəsi davam edir.
Muxalifet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, İnquşetiya Konstitusiya Məhkəməsi Çeçenistanla ərazi mübadiləsini nəzərdə tutan müqaviləni ləğv edərək məsələ ilə bağlı referendumun keçirilməsini vacib sayıb.
Həmin ərazi mübadiləsi İnquşetiyada ciddi narazılıq yaratmışdı. Müqavilə Çeçenistan lideri Ramzan Kadırovla İnquşetiya rəhbəri Yunusbek Yevkurov arasında imzalanmışdı.