İordaniyada tələbələrlə dolu avtobusu sel apardı — 18 ölü (VİDEO)
26-10-2018 14:43
Baxış sayı:
2290

İordaniyanın qərbindəki Ölü Dəniz regionunda tələbələri aparan avtobusu sel aparıb.
Muxalifet.az xəbər verir ki, faciə nəticəsində 18 nəfər həlak olub.
Şiddətli yağışlar çayların məcrasından çıxmasına səbəb olub. Sel avtobusu öz ağuşuna alıb. 18 nəfər həlak olub, 34 nəfər xəsarət alıb. Kral Abdulla Bəhreyn səfərini təxirə salıb. Hazırda xilasetmə işləri davam edir.
Yerli mənbələr bildirir ki, avtobusda 44 sərnişin olub. Onlardan 37-i tələbədir.