"İran 5 noyabrdan sonra su da sata bilməyəcək” - Ekspert

Baxış sayı:
4288

Türkiyədə fəaliyyət göstərən Halkbank-ın sanksiyalar üzrə məsul olan rəsmisi Seyid Əhməd Taymaz, İrana tətbiq olunacaq sanksiyaların maliyyə yönündən tutmuş, ticarətdə əks olunmasına qədər geniş məruzə ilə çıxış etib. Taymaz, İranın Mellat” bankının da sanksiyaya məruz qalacağını xatırladaraq, "ABŞ-ın tətbiq etdiyi sanksiyaların dövrəyə girməsiylə birlikdə İran avtomobil sektoruna yanacaq nədir, su belə sata bilməyəcək" – deyib.
 
İrana qarşı ABŞ sanksiyalarının ikinci mərhələsi 5 noyabrda dövrəyə girir. Neft idxalını da əhatə edən sanksiyalara qarşı Halkbank rəsmisi Seyid Əhməd Taymaz, "Sanksiyaların dövrəyə girməsiylə birlikdə İran, avtomobil sektoruna nəinki nefti, suyu belə sata bilməyəcək" – deyib və əlavə edib ki, bunun müqabilində İranla ticarətdə dollarla satış həyata keçirmək mümkün olmayacaq.
Taymaz, "Mal, İran üzərindən keçirilirsə, dollar istifadə edilməyəcək. Bundan başqa, sanksiya tətbiq olunan İran inqilab mühafizəçiləri üzvlərinin siyahısı var. Bu siyahıdakı şəxslərlə əməkdaşlıq edənlər də cazalanacaq" deyib.
 
 5 NOYABRDA QÜVVƏYƏ MİNƏCƏK SANKSİYALAR
 
5 noyabrda qüvvəyə minəcək bəzi sanksiyaları Taymaz, belə sadalayıb:
-İran liman icarədarları, İran İslam Respublikasının Gəmiçilik Şirkəti (IRISL), İran Cənub Gəmiçilik Şirkəti və ya tabeli təşkilatları da daxil olmaqla, gəmiçilik və gəmi tikintisi sahələri haqqındakı sanksiyalar.
-İrandan neft, neft məhsulları və neft-kimya məhsulları satın alınması da daxil olmaqla, neft ilə əlaqədar olan proseslər üzərindəki sanksiyalar (digərlərinin yanaşı, İran Milli Neft Şirketi-NIOC, Naftiran Intertrade Company-NICO və İran Milli Tanker Şirkəti NITC adları sayılıb).
-Xarici maliyyə təşkilatlarının İran Mərkəzi Bankı və müəyyən edilmiş İranlı maliyyə təşkilatları ilə olan əməliyyatlarına dair sanksiyalar.
-Vasitəçilik, sığorta və ya reasürans xidmətləri tədarük edilməsi haqqındakı sanksiyalar.
-İran enerji sektoru üzərindəki sanksiyalar.
Müxalifət.az