İran prezidentindən Qaşıqçı cinayəti ilə bağlı sərt açıqlama

Baxış sayı:
3604

İran prezidenti Həsən Ruhani, Səudiyyə Ərəbistanının Amerikanın himayəsi olmadan Qaşıqçı cinayətini törətməyəcəyini deyib.
 “İRNA” xəbər agentliyinin xəbərinə görə, İran prezidenti Həsən Ruhani, Səudiyyə Ərəbistanının törətdiyi bu dəhşətli cinayəti təkbaşına edə bilməyəcəyini və bunu Amerikanın himayəsi altında etdiyini açıqlayıb.
Qeyd edək ki, Qaşıqçı cinayəti ilə bağlı İran rəsmilərindən birmənalı dəyərləndirmə, yaxud münasibət bildirilməmişdi və açıqlamanın Türkiyənin yekun istintaq nəticələrini bəyan etməsindən sonra ediləcəyi qeyd edilmişdi.
Müxalifət.az