İrana silah keçirmək istəyən azərbaycanlı mühakimə olundu
17-10-2018 15:36
Baxış sayı:
12124

Azərbaycan vətəndaşı ona verilən silahı İrana keçirmək istəyərkən Qazaxıstanda saxlanılıb.
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, istintaq zamanı kişi ona şər atıldığını deyib.
Birinci məhkəmə instansiyası azərbaycanlıya bəraət verib. Manqistau Vilayət Prokurorluğunun əməkdaşları işə yenidən baxılmasını istəyiblər.
İkinci məhkəmə zamanı sübutlar kifayət qədər olduğundan hakim azərbaycanlının 5 il 5 ay müddətinə azadlıqdan məhrum olunması qərarını çıxarıb.