İrandan İsrailə ittiham: “İxtilaf yaratmağa çalışırlar”

Baxış sayı:
4474

İranın xarici işlər nazirliyinin sözçüsü Bəhram Kasımi, İsrailin baş naziri Binyamin Netanyahunun Oman səfərinə təpki göstərərək, İsrailin Müsəlman ölkələr arasında ixtilaf yaratmağa çalışdığını söyləyib.
 
 Kasımi, Xarici İşlər Nazirliyinin saytındakı açıqlamasında İsraili Müsəlman ölkələr arasında ixtilaf yaratmağa və Fələstindəki 70 illik işğalın üstünü örtməyə çalışmaqda ittiham edib.
Sözçü Kasımi, Müsəlman ölkələrin, "Ağ Evin təzyiqi altında İsrailə regionda yeni problemlər icad etməsi üçün əlverişli zəmin yaratmaması lazım olduğunu" bildirib. ABŞ prezidenti Donald Tramp rəhbərliyində və Ağ Evdəki Yəhudi lobbisinin Müsəlman ölkələrə, "İsrail ilə diplomatik münasibətləri normallaşdırması üçün təzyiq etdiyini" deyən Kasımi, bu tələblər qəbul edildiyi təqdirdə təzyiqlərin artacağını və Fələstin xalqının hüquqlarının gözardı edilməsi məsələsində cəsarət verici olacağını qeyd edib.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin diplomatik əlaqəsi olmayan Körfəz ölkəsi Oman Sultanlığına dünən ilk dəfə rəsmi səfər etmişdi. Netanyahu, Oman sultanı Kabus Bin Səid ilə bir araya gəlmişdi.
Müxalifət.az