İrəvan ABŞ-dan əlini üzdü: Boltona daşnak cavabı

Ermənistanın Rusiya ilə strateji əlaqələrinin alternativi yoxdur.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daşnaksütyun Partiyasının parlamentdəki fraksiyasının lideri Armen Rüstəmyan deyib.
“Rusiya ilə strateji tərəfdaşlığın əhəmiyyətini anlamamaq ölkə və hakimiyyət üçün çox təhlükəlidir. Bizim üçün bəzi məsələlərdə Rusiya əvəzedilməzdir. Rusiyanın Ermənistanda rolu zəifləməyib və bunu Con Bolton çox yaxşı bilir”, – deyə o bildirib.
Onun sözlərinə görə, Qarabağın həlli məsələsində “bütün vasitələrdən istifadə” anlayışından imtina etmək lazımdır:
“Bizim hökumətə qarşı təzyiqlər müxtəlif istiqamətlərdə ola bilər. Bu məsələdə istənilən güzəşt, bizim maraqlarımızın əleyhinə olan qərar hakimiyyət üçün səhv olacaq”.