İstanbulda keçiriləcək 4-lü zirvə öncəsi Əsəd rejimindən təxribat

Baxış sayı:
2407

Əsəd  rejimi və İran dəstəkli xarici terrorçu qruplar, İdlib Gərginliyi Azaltma Bölgəsinin sərhədləri və Soçi mandatına əsasən müxaliflərin ağır silahlarını çəkdiyi region daxilindəki Kefer Hamra və Rəşidin bölgələrinə dünən gecə yüzdən çox artilleriya atışı edib.

 
Hədəf alınan bölgədə yerləşən Milli Liberallaşdırma Cəbhəsi (İdlibdəki müxaliflərin bu çətir altındakı formalaşması) isə cavab tədbirləri kimi Hələbin mərkəzində Əsəd rejiminə məxsus hərbi birliklərə hücum təşkil edib.
Hələb Mülki Müdafiə Təşkilatının (Ağ Dəbilqəlilər) rəisi Əmir əl Həcc, verdiyi açıqlamada, Əsəd rejimi və havadarlarının gecə saatlarına qədər həyata keçirdiyi hücumlarda 1 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını söyləyib.
 
Dördlü zirvə öncəsi hücumlar artıb
 
Türkiyənin ev sahibliyində Almaniya, Fransa və Rusiya liderlərinin qatılacağı Suriya mövzusunda sammit, şənbə günü İstanbulda keçiriləcək.
Rejim qüvvələrinin hücumlarının sammit öncəsi genişlənməsi diqqəti çəkir.
Müxalifət.az