​Koalisiya yenə Deyr əz-Zoru bombaladı: Ölənlər var

Baxış sayı:
982

ABŞ koalisyası Suriyanın Deyr əz-Zor şəhərinin Əs-Susa yaşayış məntəqəsinə növbəti aviazərbələr endirib.
Muxalifet.az xəbər verir ki, Suriya dövlət televiziyası hücumda 5 mülki şəxsin öldüyünü bildirib.
Lakin koalisiya bu yöndə yayılan məlumatları təkzib edib.
Qeyd edək ki, artıq bir neçə gündür koalisiyanın Deyr əz-Zorun müxtəlif qəsəbələrini bombalaması ilə bağlı məlumatlar yayılır.