Koçaryandan ŞOK ETİRAF: “Qarabağ münaqişəsində ən böyük səhvimiz...”
24-10-2018 16:30
Baxış sayı:
8254

Ermənistanın eks-prezidenti Robert Koçaryan növbəti dəfə müsahibə verib.
Muxalifet.az modern.az-a isitnadən xəbər verir ki, müsahibəsi zamanı Koçaryan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini açıqlayıb.
"Mənim fikrimcə, Dağlıq Qarabağ münaqişəsinin həllində ən böyük səhvimiz hələ Levon Ter-Petrosyan dövründə irəli sürülən tezisdir. Həmin tezis isə Ermənistanın Qarabağ hakimiyyətinin razılaşacağı istənilən sülh müqaviləsinə qol çəkməyə hazır olması barəsindədir. Bu yanaşma bizim üçün Lissabon sammitində çox arzuolunmaz qətnamənin qəbul olunması ilə nəticələnmişdi".