Konsulluğun kanalizasiyasında Qaşıqçının DNT izinə rast gəlindi

Baxış sayı:
2485

İstanbuldakı Səudiyyə Baş Konsulluğu və konsulluq iqamətgahında aparılan araşdırmada iki binanın bağlı olduğu kanalizasiyalara gedən borularının söküldüyü və Polis laboratoriyasına göndərildiyi bildirilib.
 
Boruların analiz olunmasına başlanıb. İlk araşdırmalarda baş konsulluğun yaşayış evi və binasının sökülən kanalizasiya ilə əlaqəli borularında bəzi tapıntılara rast gəlinib. Qaşıqçının DNT nümunələrinin müqayisəsi üçün araşdırmaya başlanılıb.
 
ƏVVƏL RƏDD ETDİLƏR, SONRA RAZILIQ VERDİLƏR
 
Konsulun iqamətgahının həyətində və quyuda axtarış aparmaq istəyən təhlükəsizlik qüvvələrinə dünən Səudiyyə rəsmiləri icazə verilməyəcəyini bildirilib. Ancaq çox keçmədən axtarışa icazə verilib. Quyuda qaz ola biləcəyi ehtimalına qarşı təcrübəli yanğınsöndürmə briqadaları sövq edilib.
Müxalifət.az