“Kral Salman, vəliəhd şahzadəni vəzifədən alacaq” - İDDİA

Baxış sayı:
2113

İngiltərənin, Səudiyyə Ərəbistan və Yəməndəki müdafiə ateşesi polkovnik Brayan Lees, jurnalist Camal Qaşıqçının qətlindən sonra Səudiyyə Krallığının nüfuzunu və etibarlılığını düzəltmək üçün vəliəhd şahzadə Salmanı vəzifədən alacağını iddia edib.
 
Polkovnik Lees, Səudiyyə vəliəhd şahzadəsi bin Salmanın Camal Qaşıqçı cinayətindən məsul olmadığını söyləməsinə baxmayaraq, kral Salmanın xaricdən gələn təzyiqlərə qarşı çıxmasının çətin olduğunu deyib. Lees, ilk mərhələdə vəliəhd şahzadəni vəzifədən alması gözlənilməsə də, kral Salmanın gedən prosesdə vəliəhd şahzadə bin Salmanı vəzifədən alacağına inandığını deyib.
Lees, həmçinin kral Salmanın kral ailəsinin digər üzvləri ilə də məsləhətləşmələr aparacağı, danışıqlar nəticəsində vəliəhd şahzadə Salmanın yerinə kimi vəliəhd qoyacağına qərar verəcəyini deyib.
Müxalifət.az