Kriştiano Ronaldo yeni rekorda imza atdı

Baxış sayı:
5293

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo yeni rekord müəyyənləşdirib.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, dünən İtaliya A Seriyasının 9-cu turunun “Cenoa” ilə oyununda (1:1) fərqlənən portuqaliyalı futbolçu Avropanın top-5 liqasında 400 qol vuran ilk oyunçu kimi tarixə düşüb. Bundan əvvəl çıxış etdiyi “Mançester Yunayted”lə İngiltərədə 84, “Real”la isə İspaniyada 311 dəfə rəqib qapılarına yol tapan 33 yaşlı forvard yubiley qolunu İtaliya çempionatında vurub.
Qeyd edək ki, hazırda Ronaldo bu göstərici üzrə 389 qolla “Barselona”nın hücumçusu Lionel Messi izləyir.