Makron, Ərdoğana dərdini açdı! Siz bu məsələni həll etdiniz..

İstanbulda prezidenti Rəcəb Tayyib Ərdoğanın qonağı olan Fransanın prezidenti Emmanuel Makron, ölkəsindəki yarı prezidentlik sistemindən razı olmadığını biruzə verərək Türkiyəyə prezidentinə dərdini açıb. Makron Erdoğana, "Siz baş nazir” problemini həll etdiniz" deməklə, özünün bunu bacarmadığını boynuna alıb.
Yarı prezidentlik sistemi ilə idarə olunan Fransada 2017-ci ilin may ayında keçirilən seçkilərdə qalib gələn 39 yaşlı Emmanuel Makron, ölkənin ən gənc prezidenti adını alaraq tarixə keçdi. Makron 1848-ci ildə 40 yaşında hakimiyyətə gələn Lui-Napoleon Bonapartın 170 illik rekordunu da qırmış oldu. Makron etdiyi açıqlamada, bütün Fransanın birlikdə inkişafı üçün çalışdığını dilə gətirərək, "21-ci əsrin rifah dövlətini yaratmaq, yeni bir sosial müqavilə imzalamaq istəyirəm" deyib.
Makron, prezident seçkilərindən bir ay sonra keçirilən parlament seçkilərində də qalib oldu. Ancaq bu ikili qələbəyə baxmayaraq Fransanın gənc prezident, "rifah dövləti" məqsədini həyata keçirmək üçün bəzən ölkədəki yarı prezidentlik sisteminin yetərli olmadığını ifadə etdi. Makronun bir açıqlamasında "Mən də açıq bilirəm ki, hər şeyi etmirəm. Hər şeyi bacara bilmirəm" deməsi ölkədəki idarəetmə sisteminə yönəlik sərt tənqid kimi şərh olundu.
Gözü Türk sistemində
Makronun xəyalını qurduğu idarəetmə sisteminə dair Türkiyəni örnək aldığı ortaya çıxıb. 24 iyun seçkilərindən sonra rəsmi olaraq tətbiq olunmağa başlayan "Prezident Hökumət Sisteminin" Türkiyəyə 4 ay kimi qısa bir müddətdə gətirdiyi böyük töhfələrin Fransız prezidenti tərəfindən böyük bir diqqətlə təqib edildiyi məlum oldu. Makron, prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə İstanbulda keçirilən tarixi Suriya sammitində bu məsələdə marağını söyləyib.
Müzakirələr başladı
Fransa prezidenti, qarşılanma mərasimində prezidenti Ərdoğana "Baş nazir problemini siz həll etdiniz" deyib. Makronun bu sözləri ölkəsində böyük maraq doğurub və ictimaiyyətdə parlament sistemi müzakirəyə çıxarıb. Ölkə mediasında Türk idaretmə sisteminin Fransada tətbiq olunub olunmayacağı barədə müxtəlif təhlillər də aparılıb.
Müxalifət.az