Makrondan F-35 qərarına təpki: Satın almasını pisləyirəm!

Baxış sayı:
4687

Fransa prezidenti Emmanuel Makron, Belçikanın F-35 təyyarəsini almasını tənqid edərək, "Belçika hökumətinin Amerika istehsalı F-35 döyüş təyyarəsi satın alma qərarını pisləyirəm" - deyib.
 
Makron, Belçikalı hökumətin Amerikadan  F-35 döyüş təyyarəsi satın alma qərarının Avropanın strateji maraqlarının əleyhinə olduğunu deyib.
Makron, "Avropa olaraq bizlər Avropanın maraqlarını düşünmək məcburiyyətindəyik. Birlik və bərabərlik içində olaraq ona görə hərəkət etməliyik. Lakin Belçika hökumətinin Avropa istehsalı olan “Eurofıghter Typhoon” qırıcı təyyarələri yerinə Amerikan istehsalı F-35-ləri seçim etməsi yanlış bir qərar olduğunu bildirməkdə fayda var" deyib.
 
 Çox kədərli bir qərardır
 
Makron, “Fransa və Almaniya olaraq yeni nəsil Avropa döyüş təyyarələri istahsal etməyi hədəf seçdik. Avropa həqiqətən suveren və özünü müdafiə edə biləcək səviyyədə olmaq istəyirsə, güclü olmalıdır. Keçmişdən gələn vərdişləri qəbul etdiyimiz üçün Amerikaya sadiq qalmağa məhkum oluruq. Buna artıq son verməyin zamanı gəldiyinin fərqində olmalıyıq. Belçika hökumətinin F-35-ləri satın alması həqiqətən çox kədərli bir qərardır" deyib.
 Müxalifət.az