Mehman Hüseynovun apellyasiya şikayəti təmin edilməyib
17-10-2018 17:45
Baxış sayı:
12622

Bu gün Bakı Apellyasiya Məhkəməsində bloqqer Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılmaması ilə bağlı verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
“Report”un məlumatına görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, M.Hüseynovun apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir.