Merkel “pəs” etdi! 18 il sonra sürpriz qərar
29-10-2018 13:34
Baxış sayı:
5146

Almaniyanın baş naziri Angela Merkel, partiyasının Hess əyalət seçkilərindəki məğlubiyyətindən sonra CDU (Xristian Demokrat Birliyi) rəhbərliyi ilə bir araya gəldiyi və dekabrda keçiriləcək qurultayda partiya liderliyi üçün namizəd olmayacağını söyləyib.
“Bild” qəzetinin xəbərinə görə, Merkel iclasda partiya rəhbərliyinə dekabrda keçiriləcək qurultayda namizəd olmayacağını söyləyib.
Qeyd edək ki, Merkel 18 ildir ki, CDU-nun əvəzsiz lideridir. Xristian Demokratlar parlament seçkilərindən sonra son olaraq Hess ştatında keçirilən seçkilərdə məğlub olmuşdu.
Müxalifət.az