Merkel Qaşıqçı ilə bağlı Ər-Riyaddan tələb etdi
20-10-2018 22:25
Baxış sayı:
6742

Camal Qaşıqçının öldürülməsi olayı tam olaraq işıqlandırılmayıb.
Muxalifet.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel deyib.
Merkel Səudiyyə Ərəbistanından bu məsələdə şəffaflıq tələb edib:
"Bu hərəkəti ən güclü şəkildə pisləyirik. Səudiyyə Ərəbistanından Qaşıqçının ölüm səbəbi məsələsində şəffaflıq gözləyirik. İstanbuldakı hadisələr barədə yetərli məlumat verilməyib".