​"Milan" Qattuzonu istefaya göndərməyə hazırlaşır

Baxış sayı:
3619

İtaliyanın "Milan" klubu baş məşqçi Cennaro Qattuzonu istefaya göndərməyə hazırlaşır.
Muxalifet.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, buna komandanın bu mövsüm əldə etdiyi uğursuz nəticələri səbəb olub. Son matçda əzəli rəqibi "İnter"ə minimal hesabla məğlub olan "Milan" klubu hazırda Seriya A-da 12 xalla 12-ci pillədə qərarlaşıb.
Klub artıq italiyalı mütəxəssisə əvəzləyici də tapıb. Bu, Roberto Donadonidir. Son olaraq "Bolonya"nı çalışdıran italiyalı mütəxəssis hazırda işsizdir. O, futbolçu karyerası ərzində 12 il "Milan" klubunun şərəfini qoruyub.
Qeyd edək ki, Qattuzo keçən ilin noyabrında "Milan" klubuna baş məşqçi təyin olunub.