"Milyonerlər kəndi"ndə ağır qəza: "Lexus" adam öldürdü

Baxış sayı:
6271

Şəmkirdə daha bir ölümlə nəticələn qəza baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, oktyabrın 28-də saat 22 radələrində Şəmkir rayonunun Şiştəpə kəndi ərazisində şəhər sakini Cəmil İbadullayev idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən kənd sakini Natiq Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Şiştəpə kəndi "Milyonerlər kəndi" kimi tanınır.