Məsud Özil-dən “Türkiyədə oynayarsan” sualına bomba cavab!

İngiltərədə “Arsenal”-ın formasını geyinən ulduz Türk futbolçu Məsud Özil, “Karyerasının sonrakı dövrlərində Türkiyədə oynayarsan” sualına hər kəsi intizarda qoyan bir cavab verib.
İngiltərə Premier Liqasının 9.hafta oyununda “Leicester City” qarşısında 1 qol, 1-də pas verməklə möcüzələr yaradan Məsud Özil, “Arsenal” klubunun Twitter hesabından aparılan sual-cavabda iştirak edib. Ulduz oyunçu bu söhbət zamanı yönəldilən bir suala karyerasının sonrakı dövrlərində Türkiyədə forma geyə biləcəyi siqnalını verib.
Sual: Karyeranızın sonrakı dövrlərində Türkiyədə oynayarsan”
Cavab: Çətin sualdır. Heç vaxt, "heç vaxt" demə.
Sual: Birgə və rəqib kimi oynadığın ən yaxşı oyunçular kimdir?
Cavab: Birlikdə oynadığım ən yaxşı oyunçu Ronaldodur. Rəqiblərimdən ən yaxşı oyunçu isə Messidir.
Sual: Keçmiş klubun “Real Madrid”-in bu andakı vəziyyəti üçün nə deyə bilərsən?
Cavab: Hazırda çətin bir vəziyyətdir, ancaq əminəm ki, tezliklə zirvəyə təkrar çıxacaqlar.
Sual: Karyeranda vurduğun ən gözəl qol?
Cavab: Ludogoretsə vurduğum son qol.
Sual: Oynaması üçün ən yaxşı stadion hansıdır?
Cavab: Santyaqo Bernabeu
Müxalifət.az