Müharibə təbili çalır! İran ABŞ-a meydan oxuyur

Baxış sayı:
7120

İranın xarici işlər naziri Zərif, "Sanksiyaların iqtisadi təsiri olacaq, amma siyasətlərimizi dəyişdirməyəcək. ABŞ bunu öyrənməlidir. ABŞ sanksiya vərdişkarıdır, sanksiyaların bütün problemləri həll edəcəyinə inanır, amma həll etmir" deyib.
 
Zərif, bu təsiri daha əvvəl hiss etməyə başladıqlarını, ancaq 4 noyabrda dövrəyə girəcək ABŞ sanksiyalarının çox böyük təsiri olmayacağını söyləyib.
Sanksiyaların xalqa zərər verdiyinə diqqəti çəkən Zərif, hökumət olaraq sanksiyaların xalq üzərindəki təsirini minimuma endirmək üçün çalışdıqlarını deyib.
Zərif, İranın maraqlarına xidmət etdiyi müddətdə nüvə müqaviləsindən çıxmayacaqlarını vurğulayaraq, "Prezident Trampı bu nüvə müqaviləsinin mümkün olan ən yaxşı anlaşma olduğuna əmin edirəm. Daha yaxşısı mümkün deyil”  deyə bildirib.
Zərif, İranın nüvə müqaviləsini yenidən müzakirə etməyəcəyini də sözlərinə əlavə edib.
Müxalifət.az