Müsəlmanlar rus xüsusi dəstəsinə 48 saat vaxt verdi

Baxış sayı:
4417

Mərkəzi Afrika Respublikasındakı müsəlman Seleka qruplaşmasının rəhbəri Abdulay İssen onların nəzarətində olan ərazilərdən hökumət qüvvələri və rusiyalı hərbi mütəxəssislərin çıxması üçün 48 saat vaxt verib.
“Frans Press” agentliyi İssenin belə addım atmasına səbəb kimi parlamentin müsəlman sədri Kərim Mekasuanın istefaya göndərilməsi olduğunu yazıb. O, Mekasuanın istefasını qeyri-qanuni adlandırıb və xristian prezident Fosten Arkanca Tuaderanı ruslarla birgə Mekasuaya qarşı plan hazırlamaqda ittiham edib.
İssen rusları Mərkəzi Afrika Respublikası üçün təhdid adlandırıb.
Qeyd edək ki, Mərkəzi Afrika Respublikasında Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin muzdluları fəaliyyət göstərir. Onlar Prezident Tuaderanı MAR-ın təbii sərvətlərindən pay əldə etmək qarşılığında mühafizə edirlər.