Müxalifətçi fəal başına gələnləri danışıb

Dünən xəstəxanada peyda olan ADP-çi gənc Mirzəka Osmanlı başına gələnləri danışıb. Onun dediyinə görə Milli Şuranın 28 oktyabr 2017-ci il tarixində keçirdiyi mitinqdə iştirak etdikdən sonra polis və mülki geyimli şəxslər tərəfindən saxlanılaraq tanımadığı yerə aparılıb. Həmin yerdə 3 gün saxlanılaraq amansızcasına döyülərək işgəncələrə məruz qalıb. Huşunu itirdiyini deyən M.Osmanlı dünən xəstəxanada olduğunu görüb. Məlum olub ki, onu Yeni Günəşli tərəfdə köməksiz vəziyyətdə görən insanların köməyi ilə xəstəxanaya gətirilib. Onun oraya hansı vəziyyətdə aparıldığından məlumatı olmadığını bildirib.
Onun bildirdiyinə görə başına açılan bu özbaşınalıqlar onun mitinqlərə gəncləri cəlb etdiyinə və mitinq zamanı hakimiyyətin ünvanına radikal şüarlar səsləndirməsi olub. Hakimiyyət orqanları tərəfindən həyata keçirilən bu qanunsuzluqlar ölkədə baş qaldıran narazılıqları yatırmaq, aksiyalara qoşulanların gözünü qorxutmaq və mitinqlərin kütləviliyinin qarşısını almaq məqsədi daşıyır.
Təəsüflər olsun ki, Azərbaycan hökumətinə Qərbin və Avropanın demokratik qurumları tərəfindən ölkədə insan hüquq və azadlıqları sahəsində mövcud olan problemləri aradan qaldırmaq, müxalif yönlü siyasi aktivlərə qarşı aparılan repressiya siyasətini dayandırmaq çağırışları nəinki gözardı edilir, bu sahədəki vəziyyət günbəgün daha da pisləşməkdədir.