NATO-dan Rusiyaya xəbərdarlıq!

NATO-nun baş katibi Stoltenberq, Rusiyanın Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsinə əməl etməsi üçün müraciət edib.
NATO-nun baş katibi Stoltenberq, Rusiyanın Orta Mənzilli Nüvə Qüvvələri Razılaşmasına əməl etməsi üçün çağırış edib. Problemin Rusiyanın yeni raketlər yerləşdirməsi ilə bağlı olduğunu bildirən Stoltenberq, Avropada ABŞ-a məxsus yeni raketlərin olmadığını, lakin Rusiyanın müqavilənin nəzərdə tutduğundan daha çox nüvə başlıqlı raketə malik olduğunu deyib.
Qeyd edək ki, ötən günlərdə ABŞ prezidenti Donald Tramp, ABŞ-ın Rusiya ilə imzaladığı Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsindən çəkiləcəyini açıqlamışdı. Tramp, buna əsas olaraq Rusiyanın müqaviləni pozması səbəbini göstərmişdi.
Amerika ilə bu ölkənin Avropa və Uzaq Şərqdəki müttəfiqlərini qorumağı hədəfləyən Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsi, 1987-də Vaşinqtonda imzalanmışdı.
Müxalifət.az