Ohanyan istintaq orqanında dindirilib
27-10-2018 11:03
Baxış sayı:
4552

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 1 mart 2008-ci il hadisələri ilə bağlı xüsusi istintaq xidmətində dindirilib.
Bu barədə "Armenpress" informasiya agentliyi etibarlı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, xüsusi istintaq xidməti məlumatı şərh etməkdən imtina edib.
Xatırladaq ki, 2008-ci ilin 1 mart tarixində erməni ordusu tərəfindən dinc aksiya iştirakçılarına atəş açılıb, nəticədə 10 nəfər ölüb, 250 nəfər isə yaralanıb.