Öldürmək üçün edamçı axtarırlar: 81 adam illərdir ölməyi gözləyir

Afrika ölkəsi olan Zimbabve, ölkədə 2005-ci ildən bu yana edam edilməyi gözləyən 81 nəfər üçün edamçı axtardığını bildirib.
Zimbabvedə haqqında ölüm hökmü qərarı verilən 81 nəfərin edamı, ölkədə rəsmi edamçı olmaması səbəbiylə 2005-ci ildən bu yana təxirə salınır.
Son edamçının 2006-ci ildə təqaüdə çıxdığı Zimbabvedə, hökumət bütün səylərə baxmayaraq edamçı tapa bilmir.
Zimbabvedə verilən edam qərarları əsasən ip ilə asılaraq həyata keçirilir.
Ədliyyə Nazirliyi tərəfindən dərc olunmuş elanla əlaqədar 50 nəfər müraciət etsə də, edamçı ola bilmək üçün yetərli meyarları daşıyan namizəd seçilə bilməyib.
Zimbabve qanunlarına görə 21 yaşından aşağı və 70 yaşından yuxarı yaşı olan müttəhimlər edam edilmir.
Zimbabvedə aparılan bir araşdırma, xalqın 80 faizinin ölüm cəzasının ləğvi üçün dəstək verəcəyini ortaya qoyur.
Müxalifət.az