​Ölkədə qızıl-gümüş bazarı ucuzlaşdı

Baxış sayı:
9856

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Muxalifet.az trend-ə istinadən məlumat verir ki, oktyabrın 30-da qızılın qiyməti oktyabrın 29-u ilə müqayisədə 8,9165 manat azalaraq 1 unsiya üçün 2087,413 manat təşkil edib.
Gümüş 0,2657 manat ucuzlaşaraq 1 unsiya üçün 24,6736 manata bərabər olub.
Platinin qiyməti 4,522 manat artaraq 1420,877 manat, palladiumun qiyməti isə 12,5375 manat azalaraq 1864,6025 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.