Paşinyan Qarabağ problemini həll etməsə... - Rusiyadan İrəvana DAHA BİR ŞOK

Baxış sayı:
3004

“Ermənistanın bugünkü problemlərinin həlli Dağlıq Qarabağ münaqişəsinə dirənir”.
Bu sözləri VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada rusiyalı jurnalist, hərbi ekspert İqor Korotçenko dilə gətirib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmayana qədər ölkə iqtisadiyyatı indiki vəziyyətində qalacaq və heç bir inkişafdan söhbət getməyəcək: "Problemin həll olunmaması investisiyalar üçün böyük hərbi-siyasi risklər daşıyır. Paşinyan korrupsiya ilə mübarizə və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına dair vədlər versə də, bu vədləri yerinə yetirə bilməyəcək və Ermənistan getdikcə daha da çökəcək".