PKK-nın “edam qrupu” yaxalandı!

Terror təşkilatı PKK-nın “edam qrupu”nda yer alan terrorçulardan 5-i İstanbulda keçirilən əməliyyat nəticəsində yaxalanıb. Həbs olunan terrorçuların bir çox gizli qətllər törətdiyi, eyni zamanda 39 yaşlı Ayxan Kökbalık adlı bir vətəndaşı iki il əvvəl küçədə silahla qətl etdiyi müəyyən olunub.
Verilən məlumatlara görə, qətl hadisəsi, 15 iyul dövlət çevrilişi cəhdindən 2 gün sonra, küçədə meydana gəlmişdi. Yolda tək başına gəzən Ayxan Kökbalıkı (39), üzləri maskalı silahlı şəxslər tərəfindən güllə yağışına tutularaq öldürülüb, PKK-lı olduqları təyin olunan silahlı qatillər, hadisədən sonra qeyd olmuşdular.
Kökbalıkın edamını həyata keçirdiyi irəli sürülən təşkilat üzvlərini addım-addım izləyən terror polisi, ölüm qərarının alındığı iclasda şəxsən iştirak edən və qətlin həyata keçirildiyi dövrdə PKK içində məsul bir vəzəfə tutan ümumilikdə 19 hücrə üzvünü müəyyən edib. Axtarılan 19 şübhəlinin 10 nəfərinin həbsxanada məhbus olduğunu müəyyən edən təhlükəsizlik qüvvələri, fərari vəziyyətdəki 9 təşkilat üzvünün yaxalanması üçün 20 oktyabrda xüsusi təyinatlı polis işçilərinin də iştirak etdiyi əməliyyat keçirib.
Nəticədə PKK-nın "edam qrupu”nun 9 üzvündən 5-i yaxalanıb. Polis, qrupun digər 4 üzvünün yaxalanması üçün əməliyyatlarını davam etdirir.
Müxalifət.az