PKK-ya qoşulan qızın acı etirafları

“Sabah” qəzetinin verdiyi xəbərə görə, mart ayında İraqın şimalındakı PKK düşərgələrindən qaçaraq Şırnakın Silopi mahalında təhlükəsizlik güclərinə təslim olan üniversitet tələbəsi N.B.-nin (27) ifadəsi terror təşkilatları PKK ilə FETÖ əlaqəsini da ifşa edib. 5 il Qəndilin simsiz rabitə stansiyasında qaldığını söyləyən İzmirli N.B. PKK ilə bağlı acı etiraflar edib.
Qəndildən qaçan terrorçu universitet tələbəsi təhlükəsizlik qüvvələrinə təslim olandan sonra bu acı etirafları edib:
"Litseydən qız rəfiqəm Ş.K. ilə birlikdə 2013-cü ildə Vanda universitetə daxil olduq. Qız yoldaşımın iki əmisi HDP-də, böyük qardaşı və dayısı isə təşkilatın dağ heyətində idi. Bir müddət sonra qəfiqəmin də dağa çıxdığını öyrəndim. Onu qurtarmaq üçün mən də Qəndilə getdim.
'Məlumat sızmağa başladı'
2016-cı ilin iyul ayından sonra, yəni Türkiyədə çevriliş cəhdi olduqdan sonra Qəndilə məlumat sızıntısı kəsildi. PKK-nın rəhbər heyəti təlaşa başladı, xüsusilə də ən yüksək məqamda olanlar. Qəndildə, təşkilata artıq məlumat sızıntısı kəsildi. Əməliyyatlardan xəbər ala bilmədikcə, itkiləri və şikayətləri artdı. Türk əsgəri təşkilatın demək olar ki, əzbərini pozdu.
Təşkilatın hər sahəsində olduğu kimi, çox ciddi mənada sahə və bölgələr üzrə məsul lider kadrların itkiləri başladı. Bu, böyük bir psixoloji böhrana səbəb oldu. Təşkilatın əksəriyyəti artıq ölümün qaçılmaz olduğunu anladılar. Qız yoldaşımın öldürüldüyünü öyrəndim. Rəfiqəm öldükdən sonra ölkəmə qayıtdım. Tək kədərim gedincə acıma dözə bilməyən anamın intihar etdiyini öyrənmək oldu."
Müxalifət.az