​Polis əməkdaşı rus ruletində uduzdu - REANİMASİYAYA ÇATDIRILDI

Baxış sayı:
8539

Dağıstanda polis əməkdaşı rus ruletində uduzub və ağır vəziyyətdə reanimasiyaya çatdırılıb.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Xasavyurtdakı kafelərdən birində 10 polis əməkdaşı istirahət edirmiş. Səid adlı hüquq-mühafizə işçisi sərxoş halda rus ruleti oynamaq qərarına gəlib və tapançasının patrondaşında cəmi bir güllə saxlayaraq, gicgahına yaxınlaşdıraraq tətiyi çəkib.
Bədbəxt hadisə nəticəsində ağır yaralanmış Səid reanimasiyaya çatdırılıb, həkimlər onu həyatda saxlamağa çalışırlar.