Pompeo Qaşıqçının öldürülma anının səsyazmasını dinləməkdən imtina edib – ŞOK SƏBƏB

ABŞ-ın dövlət katibi Mayk Pompeo-nun Səudiyyə Ərəbistanla olan müqavilələrin zərər görməməsi üçün Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın öldürülməsinə dair olduğu iddia edilən səs qeydlərini dinləməyi rədd etdiyi irəli sürülüb.
ABŞ-ın “Fox News” nəşr orqanının adını açıqlamadığı bir qaynağa əsaslandırdığı xəbərə görə, Qaşıqçı araşdırması çərçivəsində danışıqlar aparmaq üzrə ötən həftə Türkiyəyə gedən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Gina Haspelin cinayətlə bağlı səs qeydlərini qulaq asıb, ancaq dövlət katibi Pompeo bu səs qeydlərini dinləməyi və ya buna aid sənədləri görməyi rədd edib.
Xəbəri verən mənbə, “ABŞ prezidenti Donald Tramp, Türkiyənin sahib olduğu səs qeydlərini qulaq asması üçün MKİ direktorunu göndərdi, ancaq Pompeo qəsdən kaseti qulaq asmadı. Niyə? Çünki Pompeo bu səs qeydlərinə qulaq assaydı bir açıqlama verməyə məcbur qalacaqdı. Amma heç kəs MKİ direktorunun bir şey deməsini gözləməyəcəkdi" deyə söyləyib.
Mənbə, bu vəziyyətin çox şey ifadə etdiyini bildirərək, "Müqavilələr kəsiləcək, imtiyazlar veriləcək, (Səudiyyə) Krallıqda kriminal araşdırmalar başlayacaq, cəzalar tətbiq olunacaq və bu heç də asan olmayacaq. Çünki Türklər bütün kartları əlində saxlayır" deyib.
Mənbənin bildirdiyinə görə, "Vaşinqton və Ər-Riyad arasında imzalanan hər hansı bir müqavilə və ya imtiyaz Ankaranın əleyhinə isə və ya Türklərin sevmədiyi bir şeysə, Türkiyə kaseti ictimaiyyətə təqdim edə bilər və bununla da qiyamət qopar."
Müxalifət.az