Prezident seçkiyə piyada gəldi – GÜRCÜSTANDA SƏSVERMƏ DAVAM EDİR
28-10-2018 11:43
Baxış sayı:
1573

Gürcünstanda prezident seçkilərində səsvermə başlayıb.
Muxalifet.az xəbər verir ki, hazırki prezident Georgi Marqvelaşvili səs verib.
Marqvelaşvili səsvermə məntəqəsinə piyada bir nəfər cangüdənin müşayiətində gəlib.
“Mən bütün vətəndaşların prezidenti olacaq və bundan qorxmayacaq birinə səsimi verdim. O, möhtəşəm tarixi və ötən illərin qəhrəmanlığı olan xüsusi təyinatlı qüvvələrin baş komandanı olacaq”, - hazırki prezident bildirib.