Putindən mühüm “Türk axını” açıqlaması

Baxış sayı:
2569

Rusiya prezidenti Vladimir Putin, İtaliyanın “Türk axını” qaz boru kəməri layihəsinə daxil olma imkanını qiymətləndirdiyini açıqlayıb.
 
Putin, İtaliyanın baş naziri Giuseppe Conte ilə danışıqları nəticəsində keçirilən mətbuat konfransında, "Bu, Bolqarıstan üzərindən ola bilər. Hətta Serbiya, Macarıstan və ya Yunanıstan üzərindən də ola bilər" deyib.
Daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov, “Cənub axını” layihəsi hadisəsinin təkrarlanmaması məqsədilə Avropa Birliyi və digər ölkələrin “Türk axını” layihəsində iştirakının yalnız təminat verildiyi təqdirdə mümkün olduğunu vurğulayıb.
Müxalifət.az